Türkiyədə nazirin istefası barədə xəbər yayan jurnalist saxlanılıb

26.09.2026

Ayna saytına istinadən Icma.az xəbər verir.

Ankara Prokurorluğu Ali Tarakçı həbsi üçün order verib

Türkiyədə jurnalist Ali Tarakçı nazirin istefası barədə xəbər hazırladığına görə saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Karar” məlumat yayıb.

Tərəkçi bildirib ki, "Çox vacib bir nazir cümə günü istefa verəcək".

Ankara Prokurorluğu jurnalistə qarşı yuxarıda adı çəkilən sosial media paylaşımı ilə əlaqədar "açıq şəkildə yanlış məlumat yaymaq" ittihamı ilə istintaq başladıb.

İstintaqın bir hissəsi olaraq, Tarakçının həbsi üçün order, eləcə də evində axtarış aparmaq və rəqəmsal materiallarını müsadirə etmək əmri verilib. Order icra edildikdən sonra jurnalist həbs edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью