Türkiyədə neft emalı zavodunda partlayış VİDEO

05.11.2024

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İzmitdə Tüpraş neft emalı zavodunda partlayış baş verib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partlayış səbəbindən digər bölgələrdə sarsıntı hiss olunub. Partlayışdan sonra bölgədən tüstünün qalxdığı görülüb.

Kocaeli Böyükşəhər Bələdiyyə Başçısı Tahir Büyükakın, "Təlim zamanı partlayış oldu, yaralanan və ölən olmadı. Yanğın qısa müddətdə nəzarətə alındı. Vətəndaşlarımızın narahat olacağı bir şey yoxdur" açıqlamasını edib.

Nərmin Mahmudova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью