Türkiyədə neft emalı zavodunda partlayış VİDEO

05.11.2024

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin İzmit şəhərində yerləşən Tüpraş neft emalı zavodunda partlayış baş verib.

Modern.az xəbər verir ki, partlayışdan sonra ərazidən tüstünün qalxdığı görünüb.

Kocaeli Böyükşəhər Bələdiyyə Sədri Tahir Büyükakın partlayışın təlim zamanı baş verdiyini və xəsarət alan olmadığını bildirib. "Yanğın qısa müddətdə nəzarətə alındı", - o qeyd edib.

Partlayış xəbərinin ardından TÜPRAŞ-ın səhmləri ucuzlaşıb.

Həsən Mahanov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью