Türkiyədə oteldə faciə: Yanğında ölənlərin sayı artıb | Icma.az
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində 12 mərtəbəli taxta oteldə baş vermiş yanğında ölənlərin sayının artdığı bildirilir.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, daxili işlər naziri Əli Yerlikaya, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, əmək və sosial müdafiə naziri Vedat Işıkhan, səhiyyə naziri Kamal Memişoğlu və sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır Boluda oteldə baş verən yanğınla tanış olublar.
Kartalkaya. Araşdırmalardan sonra açıqlama verən daxili işlər naziri Ali Yerlikaya həyatını itirənlərin sayının 66-ya, yaralıların sayının i
Yerlikaya: "Əziz dostlar, millət olaraq böyük dərdimiz var. Təəssüf ki, yanğında 66 nəfər həlak olub, 51 nəfər yaralanıb.
Otelin arxa tərəfi yamacda olduğundan müdaxilə ön və yan fasadlardan həyata keçirilib.
Faktla bağlı məhkəmə araşdırmasına başlanılıb", - deyə qeyd edib.
Nazir Yerlikayanın ardınca Səhiyyə Naziri Kamal Memişoğlu yaralıların vəziyyəti ilə bağlı açıqlama verərək: "66 vətəndaşımızın həyatını itirdiyi yanğında 51 yaralının olduğu qeydə alınıb, onlardan birinin vəziyyəti ağırdır.
Tam oxu
Xəbəri oxu