Türkiyədə ötən ay inflyasiya 0,87 faizə çatıb

03.12.2025

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə istehlak qiymətlərinin artım tempi noyabr ayında gözləniləndən daha çox zəifləyib.

Banco.az xəbər verir ki, noyabr ayında istehlakçı qiymətləri əvvəlki aya nisbətən 0,87 faiz artıb.

Eyni dövrdə illik istehlakçı inflyasiyası isə 31,07 faiz olaraq qeydə alınıb.

Bloomberg HT sorğusunda iştirak edən iqtisadçıların proqnozu aylıq inflyasiyanın 1,25 faiz, illik inflyasiyanın isə 31,6 faiz olacağı istiqamətində idi.

TÜİK məlumatlarına görə, noyabr ayında illik əsas (çəkirdek) inflyasiya da 31,65 faiz səviyyəsinə enib.

Bu dövrdə aylıq istehsalçı inflyasiyası 0,84 faiz, illik istehsalçı inflyasiyası isə 27,23 faiz olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью