Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İnterpolun "Qırmızı bülleten"i ilə axtarışda olan Özbəkistan əsilli narkobaron Odil Fəxridinoviç Xudayberdiyev (Odil Fakhrıdınovich Khudayberdıev) Türkiyənin Mərsin şəhərində saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Kənd təsərrüfatı ərazisi sayılan yerdə gizləndiyi müəyyən edilən şübhəli şəxs istixanaların olduğu zonadakı bir evdə ələ keçirilib və daha sonra məhkəmə orqanlarına təhvil verilib.