Türkiyədə özünü diplomat kimi təqdim edən azərbaycanlının üzərində 70 kq qızıl aşkarlanıb

23.11.2024

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İstanbulda saxlanılan azərbaycanlıda 70 kiloqram qızıl aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxs İstanbul Respublika Prokurorluğu tərəfindən verilən təlimat çərçivəsində Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan əməliyyat tədbirləri zamanı Sarıyer rayonunda saxlanılıb.
Azərbaycanlı olduğu bildirilən və taksi ilə səyahət edərkən saxlanılan M.G.Ş. adlı şəxsdə 70 kiloqram qızıl aşkarlanıb.
M.G.Ş. hüquq-mühafizə orqanlarına diplomat olduğunu deyib və bildirib ki, sözügedən qızıllar özünə məxsusdur.
Qeyd olunub ki, faktla bağlı ataşdırma aparılır.
“Qafqazinfo” sözügedən şəxsin əvvəllər həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işlədiyini yazıb. Sayt yazır ki, o, son aylarda ölkəmizin Səudiyyə Ərəbistanıda hərbi attaşesi təyin olunub.
Bildirilib ki, M.G.Ş. hazırda Bakıya gətirilir və məsələ ilə əlaqədar istintaqa cəlb olunacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью