Türkiyədə özünü əlil kimi göstərən dilənçi cinayətkar çıxdı

09.11.2024

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Qars vilayətində ayağını hər gün fərqli şəkildə sarıyaraq özünü əlil kimi göstərən və 19 müxtəlif oğurluq cinayətində ittiham olunan dilənçi saxlanılıb.

Moderator.az bildirir ki, bu barədə oxu.az TRT Haber-ə istinadən xəbər verir.

Məlumata görə, polis bölməsinə gətirilən Şahbettin adlı dilənçi ayağında problem olduğunu və yeriyə bilmədiyini bildirib.

Lakin məmurların təkidi ilə sarğılarını çıxarmağa məcbur olub və bu zaman onun ayağını rahat hərəkət etdirdiyi, problemsiz oturub-qalxdığı, əsa olmadan yeridiyi məlum olub.

Həmçinin Şahbettinin üzərində aparılan yoxlamalar zamanı onun Ağrı vilayətindən Qarsa gəldiyi və 19 müxtəlif oğurluq cinayəti üzrə qeydinin olduğu müəyyən edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью