Türkiyədə partlayış: İki ev çökdü, xəsarət alan var FOTO

27.11.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ərzurumun Yakutiye rayonuna bağlı Yoncalık bölgəsinin Rabiyana-Xatun məhəlləsində bu səhər baş verən güclü qaz partlayışı iki evin tamamilə çökməsinə səbəb olub.

Milli.Az xəbər verir ki, qonşu evlərin hasarları da dağılıb. Hadisə nəticəsində xəsarət alan bir şəxs xəstəxanaya aparılıb.

Partlayış yerinə dərhal polis, yanğınsöndürmə və təcili tibbi yardım qrupları göndərilib. Xidmətlər ərazidə yeni partlayış riskini azaltmaq üçün dağıntılarda təhlükəsizlik tədbirləri görür və təmizləmə işlərinə başlayıblar.

Fidan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью