Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Türkiyədə anestezik qaz istehsalı müəssisəsində partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, hadisə Tekirdağ vilayətinin Ergene rayonunda qeydə alınıb və nəticədə iki nəfər ölüb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Partlayışın səbəbi məlum deyil.