Türkiyədə pensiyanın minimum məbləği 500 dollar olacaq

22.07.2026

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə pensiyanın minimum məbləği 23 min 552 lirə (500 ABŞ dolları) olacaq.

"AzPolitika" xəbər verir ki, bu, Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunan və ən aşağı pensiya məbləğinin artırılmasını nəzərdə tutan qanun layihəsində əks olunub.

"Ən aşağı pensiya məbləğinə 17,76 faizlik artım ediləcək və 23 min 552 lirə olacaq", - məlumatda bildirilib.

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) hazırladığı 34 maddəlik qanun layihəsinin müzakirələri tamamlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью