Türkiyədə qaban insanı yeməyə cəhd edib

05.11.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Türkiyənin Aydın bölgəsinin Quşadası rayonunda qaban onu yemləyən şəxsi yeməyə cəhd edib.
Reyting.az
xəbər verir ki, vəhşi qabanı yemləmək istəyən şəxs Quşadasına istirahət edən turist olub.
Dilek Yarımadası Milli Parkına gələn bir qrup turist vəhşi qaban sürüsünü əl ilə yemləməyə başlayıb. Tətilçilər əvvəlcə donuzlara meyvə, sonra çörək atıblar. Bu zaman qabanlardan biri turistin qolunu yeməyə cəhd edib. Hadisə mobil telefon kamerası ilə lentə alınıb.
Mütəxəssis Bahattin Sürücü hadisədən sonra heyvansevərlərə vəhşi qabanları qətiyyən əllə yemləməmələri barədə xəbərdarlıq edib.
“Milli Park donuzlar da daxil olmaqla, vəhşi təbiət ərazisidir. Ziyarətçilər gündüz istifadə sahələrində piknik edərkən donuzlar bu ərazilərə yemək axtarmağa gəlirlər. Qabanlar əvvəllər yalnız zibil qablarından qalan yeməklərlə qidalanırdısa, ziyarətçilər əllərində yemək atmağa başladıqdan sonra vəziyyət dəyişib. Nəzərə almaq lazımdır ki, qabanlara əllə yemək vermək qanunla qadağandır və 7 min lirə cəriməsi var”,- mütəxəssis deyib.
V. QULİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью