Türkiyədə qadın 81 yaşında məktəbə başlayıb

28.11.2024

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin Samsun vilayətində Ailə və Sosial Xidmətlər İl Müdirliyinə bağlı Atakum Qocalar Evi Yaşlılara Baxım və Reabilitasiya Mərkəzinin "Xəyallarım gerçəkləşir" layihəsi çərçivəsində Resime Sağır oxumaq və yazmaq arzusunu həyata keçirmək üçün ilk addımı atıb.

Xalqcəbhəsi.az xəbər verir ki, bu haqda Türkiyənin “ensonhaber.com” saytı məlumat paylaşıb.

Məlumatda bildirilir ki, atasının “Qızlar oxumaz” deyib onu məktəbə göndərmədiyini deyən R.Sağır sonralar öz zəhməti ilə oxumağı öyrənsə də, yazmağı öyrənə bilməyib və məktəb sıralarında olmaq həmişə ürəyində qalıb.

Sözgedən layihə çərçivəsində isə o, məktəb formasını geyinərək 81 yaşında özəl məktəbdə ilk dərsinə qatılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью