Türkiyədə qalmaqala səbəb olan karikaturaya görə saxlanılanlar var

01.07.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə İstanbul Prokurorluğu "Leman" dərgisində Məhəmməd peyğəmbər və Musa peyğəmbəri bombalanan şəhərlər üzərində təsvir edən karikaturaya görə araşdırma başladıb.

Bu barədə Oxu.Az İHA agentliyinə istinadla xəbər verir.

Prokurorluq dini dəyərlərin təhqir edildiyi iddiası ilə jurnalın dörd işçisinin saxlanılması barədə qərar verib. Bu çərçivədə karikaturanı çəkən əməkdaş və baş redaktor saxlanılıb.

Bundan başqa, jurnalın qalmaqala səbəb olan sayının yığışdırılmasına qərar verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью