Türkiyədə qalmaqallı funksioner həbs edildi

11.11.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Türkiyənin “Ankaragücü” klubunun sabiq prezidenti Faruk Qoca həbs edilib.

Gununsesi.info“Hürriyet”ə istiandən xəbər verir ki, buna funksionerin ötən mövsüm futbol hakimi Xəlil Melerə hücum etməsi səbəb olub.

O, 3 il 7 ay 22 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2023/24 mövsümündə Türkiyə Superliqasının XV turunun “Ankaragücü” – “Rizəspor” oyunundan (1:1) sonra paytaxt təmsilçisinin prezidenti Faruk Qoca meydana daxil olaraq, baş hakim Xəlil Meleri yumruqla vurub.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью