Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Artvin vilayətində dəhşətli hadisə baş verib.
“Cebheinfo.az” xəbər verir ki, əqli qüsurlu qızının zorakılığa məruz qaldığını öyrənən 53 yaşlı Nalan Kaya polis bölməsinə şikayət etmək üçün müraciət edib.
İfadə vermə prosesi zamanı halı qəfil pisləşən qadın xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hadisə ötən gecə baş verib. Əqli qüsurlu Y.S. anası Nalan Kayaya cinsi zorakılığa məruz qaldığını bildirib.
Bundan sonra ana polis bölməsinə gedərək şikayət ərizəsi yazıb. Polis əməkdaşları araşdırma zamanı 49 yaşlı şübhəlini müəyyən edərək saxlayıblar.
Dindirmə zamanı zərərçəkənin anası Nalan Kayanın qan təzyiqi yüksəlib və vəziyyəti ağırlaşıb. Hadisə yerinə çağırılan təcili yardım briqadası onu Şavşat Dövlət Xəstəxanasına çatdırıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, aorta damarının partladığı müəyyən edilən qadın dünyasını dəyişib.
Bir uşaq anası olan Nalan Kayanın ölümü rayonda böyük üzüntü yaradıb.
Digər tərəfdən, şübhəli qismində saxlanılan şəxs ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin