Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədə son bir həftə ərzində sənədsiz silah gəzdirən şəxslərə qarşı keçirilən əməliyyatlarda 2082 şübhəli saxlanılıb.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Bildirilib ki, 81 vilayətdə ümumilikdə 1867 silah, o cümlədən 766 sənədsiz tapança, 428 boş tapança, 649 ov tüfəngi və 24 uzunlüləli silah götürülüb və 2082 şübhəli barəsində qanuni tədbir görülüb.
İlahə Qənbərli
Missiya.Az