Türkiyədə Qara dənizin təhlükəsizliyi müzakirə ediləcək

14.04.2025

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Milli Müdafiə Nazirliyi Ankarada xarici ölkələrin hərbi nümayəndələri ilə Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı görüş keçirəcək. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Xəbəri “Anadolu” yayıb. 

Məlumata görə, Rusiya ilə Ukrayna arasında mümkün atəşkəs fonunda məsləhətləşmələr aprelin 15-16-da Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahında keçiriləcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş iştirakçıları Qara dənizdə sülhün qorunması üçün hərbi planlaşdırmanın dəniz aspektini müzakirə edəcəklər.

P.ƏMİRCANOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью