Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib

19.01.2026

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Türkiyənin Muğla bölgəsindəki Gökova Körfəzində qayıq batıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə yerinə operativ yetişən Sahil Mühafizəsi Təşkilatının xilasediciləri  4 nəfəri xilas edib.

Məlumata görə, bir nəfərin isə batan cəsədi suyun altından çıxarılıb: "Xilas edilən şəxslər Marmaris Dövlət Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti ağırdır..."

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью