Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Şanlıurfa ərazisində həyata keçirilən "Daş təpələr" layihəsi çərçivəsində Göbəklitəpə, Karahantəpə, Səfərtəpə və Sayburç qazıntılarında aşkarlanan 34 nadir eksponat Ankaradakı Prezident Milli Kitabxanasında ziyarətçilərə təqdim olunub.
Kulis.az xəbər verir ki, Beynəlxalq Muzeyşünaslıq Konqresi çərçivəsində 17–23 noyabr tarixlərində nümayiş etdirilən və Şanlıurfa Muzeyinin fonduna daxil olan bu tapıntılar Neolit dövrünə (e.ə. 10.000–7.000) aiddir.
İlk dəfə sərgilənən əsərlər arasında Karahantəpədə eyni daş qabın içərisində tapılan və başları daş halqalardan keçirilmiş tülkü, çöl donuzu və kərkəs heykəlcikləri yer alır.
Qazıntı rəhbəri professor Necmi Karul bu tapıntının heykəllər vasitəsilə hekayə təhkiyyəsinin ən qədim nümunələrindən biri ola biləcəyini deyib.
Qeyd edək ki, sərgidə 2026-cı il qazıntıları zamanı aşkarlanan böyük ölçülü kərkəs başı, bəbirin belində oturmuş insan fiquru heykəli və müxtəlif daşlardan yonulmuş bəbir təsvirləri də böyük maraq doğurub.
Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu Vestminster abbatlığındakı sirr: qədim Roma tabutunda orta əsr din xadimi dəfn edilibmiş Ceyms Qann superqəhrəman filmlərinin gələcəyindən danışdı