Türkiyədə qədim yaşayış məntəqəsi su altında qala bilər

26.11.2026

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

 

Türkiyənin Kastamonu vilayətində yerləşən qədim Kahintəpə arxeoloji abidəsi su altında qalmaq təhlükəsi ilə üzləşib.

Lent.az xəbər verir ki, bu barədə “Arkeonews” məlumat yayıb.

Qara dəniz bölgəsinin “Göbəklitəpəsi” adlandırılan ərazidə aparılan arxeoloji qazıntılar zamanı qədim heykəllər, daş konstruksiyalar və ritual əşyalar aşkar edilib.

Ərazidə arxeoloji qazıntılara 2018-ci ildə başlanılıb. Tapıntılar bölgənin qədim sakinlərinin inancları və həyat tərzi barədə mühüm məlumatlar təqdim edir.

Mütəxəssislər su anbarı layihəsi səbəbindən tarixi abidənin su altında qala biləcəyindən narahatdırlar.

Alimlər qazıntıların bərpa edilməsinə və ərazinin qorunması üçün alternativ layihələrin hazırlanmasına çağırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью