525.az saytına istinadən Icma.az xəbər verir.
Samsunda Qara dəniz sahillərində maraqlı təbiət hadisəsi baş verib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dənizin üzərində silindr formasında bulud izlənilib. Bu, sahildə dincələnləri və yerli əhalini heyrətləndirib.
Meteoroloqlar təbiət hadisəsinə aydınlıq gətiriblər. Onların bildirdiyinə görə, bu cür hallar nadir atmosfer hadisəsi hesab olunur. Əmələ gəlməsinə səbəb isə soyuq və isti hava kütləsinin bir-birinə sürətlə qarışmasıdır.
L.Tağıyeva