Türkiyədə qeyri adi “18 Pro Max” reklamı FOTO

21.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Türkiyənin Çanaqqala şəhərində fəaliyyət göstərən telefon satıcısının müraciət etdiyi qeyri-adi reklam üsulu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, mağaza sahibi diqqət çəkmək və satışları artırmaq məqsədilə küçənin ortasında, səki üzərində torpaq və daşlardan süni məzar maketi düzəldib.

Məzarın başdaşı hissəsinə isə "Həyat qısadır, o telefonu al" yazılmış lövhə yerləşdirilib. Marqarita pizza

Satıcı hazırladığı reklam lövhəsində "18 Pro Max" modelini 119.999 Türk lirəsi qiyməti ilə ön sifarişə təqdim etdiyini də qeyd edib.

Qeyri-adi reklam aksiyası yoldan keçənlərin təəccübünə səbəb olub. Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью