Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Türkiyənin Dənizli şəhərinin Sarayköy rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub, nəticədə 1 nəfər ölüb, 3-ü ağır olmaqla 20 nəfərin yaralanıb.
Reyting.az xəbər verir ki, qəza gecə saat 03:00 radələrində İzmir-Dənizli şosesinin Duacılı məhəlləsində qeydə alınıb.
Aydının Didim rayonundan Antalyanın Alanya rayonuna sərnişin daşıyan şəhərlərarası sərnişin avtobusu yolda yük avtomobilinə çırpılıb. Toqquşmanın təsirindən avtobusun sağ tərəfində böyük dağıntılar yaranıb.
Avtobusda sıxılıb qalan yaralılar yanğınsöndürənlər və sağlamlıq qrupları tərəfindən çıxarılaraq müxtəlif xəstəxanalara aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
V. QULİYEV