Статья не опубликована
Türkiyədə qida fabrikində yanğın baş verib | Icma.az

Türkiyədə qida fabrikində yanğın baş verib

13.03.2025

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Çorum şəhərində Mütəşəkkil Sənaye Bölgəsindəki(MSB) qida fabrikində baş verən yanğında 4 nəfər tüstüdən zərər çəkib.

MSB 16-cı küçədə yerləşən qida firmasına məxsus fabrikdə naməlum səbəbdən yanğın baş verib.

Xəbərdarlıq üzərinə bölgəyə çox sayda xilasetmə qrupu, Meşə Əməliyyat Müdirliyinə su maşınları, jandarma və sağlamlıq qrupları sövq edilib.

Jandarma qrupları fabrik işçilərini servislərlə təxliyə edərkən, tüstüdən təsirlənən 4 nəfərdən 3-ü xəstəxanaya yerləşdirilib, 1 nəfər isə ambulator müalicə alıb.

Tamamilə alovlar içində qalan və zaman zaman partlayışların baş verdiyi fabrikə qruplar müdaxilə etməyə davam edir.

Mövsüm

Aznews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью