“Türkiyədə qiymətlər od tutub yanır”

03.06.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Aparıcı Azər Qərib Türkiyədəki bahalaşmadan şikayətlənib.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə bildirib:

“Neçə vaxtdır Türkiyəyə getmirdim, bu dəfə getdim və bir neçə gün İzmirdə, Çeşmədə, Alaçatıda və Urlada oldum. Və bu dəfə Türkiyədə nə gördüm? Qiymətlər inanılmaz dərəcədə bahadır. Od tutub yanır. Restoranda iki nəfər oturursan, 200 avro pul ödəyirsən. Məndə ciddi şübhələr var ki, bizdə bəzi rayonlarda olduğu kimi, burada da iki cür menyu var — biri əcnəbilər üçün, biri yerli sakinlər üçün. Çünki o qiymətlərə necə tab gətirmək olar?

Amma servis istənilən yerdə ən yüksək səviyyədədir. Qiymətlər kimi o da zirvələrdədir. Adamın xoşuna gəlir, hamı üzünə gülür, hamı xidmət etməyə çalışır. Ən çox məni valeh edən bilirsiniz nədir? Onların bir-birlərinə olan münasibəti. Biz bəzən bir-birimizə qarşı aqressiv oluruq, amma orada bunu görmədim. Çox xoşuma gəldi. Qiymətlər məni məyus etdi, amma ünsiyyət mədəniyyəti valeh etdi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью