Türkiyədə qızıl qaçaqmalçılığı ilə bağlı daha bir azərbaycanlı cinayət məsuliyyətinə cəlb edilib

29.11.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyədə, İstanbul Hava Limanının saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyədə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью