Türkiyədə Qurban bayramında 863 yol qəzası baş verdi

06.06.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə Qurban bayramında 863 yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün "X" hesabında məlumat yayıb.

Onun sözlərinə görə, bu qəzalarda 1 319 nəfər yaralanıb, 10 vətəndaş isə hadisə yerində həyatını itirib.

"Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza təcili şəfa diləyirəm. Qurban Bayramı tətilində Təhlükəsizlik və Yol polislərimiz vətəndaşlarımızın təhlükəsizliyi üçün lazımi tədbirləri görür, nəzarətləri böyük bir həssaslıqla davam etdirir", - paylaşımda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью