Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır

30.05.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ankara, 30 may, AZƏRTAC

Bol yağıntılar fonunda Türkiyə fermerləri rekord buğda məhsulu proqnozlaşdırırlar.

AZƏRTAC xəbər verir ki, ölkədə son aylarda yağıntının həcmi son 66 ildə ən yüksək səviyyəyə çatıb.

Türkiyə Kənd Təsərrüfatı Palataları Birliyinin (TZOB) qiymətləndirməsinə görə, hazırkı əlverişli hava şəraitində ölkədə buğda məhsulu 23 milyon tonu ötə bilər. Son illərdə isə illik orta göstərici 19,5 milyon tondan 21 milyon tona qədər təşkil edib ki, bu da Türkiyənin tələbatının 90 faizdən çoxunun təmin edilməsinə imkan verib.

Türkiyə vilayətləri arasında taxıl əkininə görə Konya, Şanlıurfa, Ankara, Diyarbəkir və Yozqat liderdir.

TZOB-da arpa istehsalının da 8,7 milyon tona çatacağı proqnozlaşdırılır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью