Türkiyədə rəsmi inflyasiya göstəricisi müstəqil hesablamalardan 2 dəfə azdır

03.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Ötən ilin dekabr ayında Türkiyədə istehlak qiymətlər noyabr ayı ilə müqayisədə 1,03 %, 2023-cü ilin eyni dövrünə nisbətən isə 44,38 % artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı son inflyasiya hesabatında 2024-cü il üçün inflyasiya gözləntisini 44 % səviyyəsində qeyd etmişd. Ortamüddətli proqramda isə inflyasiyanın ötən il 41,5 % olacağı gözlənilirdi.

Müstəqil alimlərin yaratdığı İnflyasiya Araşdırma Qrupu (ENAG) isə dekabrda aylıq inflyasiyanın 2,34 %, illik inflyasiyanın isə 83,4 % təşkil etdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью