Türkiyədə restoran və kafelərlə bağlı YENİ QADAĞA

30.01.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Türkiyədə ictimai iaşə obyektlərində istehlakçılardan müxtəlif adlar altında əlavə ödənişlərin alınması rəsmi şəkildə qadağan edilib. Belə ki, restoranlar, kafelər, şirniyyat dükanları və digər qida-içki məkanları artıq xidmət haqqı, masa pulu, süfrə və ya örtük haqqı kimi ödənişlər tələb edə bilməyəcək.

BAKU.WS xəbər verir ki, bu məhdudiyyət Türkiyə Ticarət Nazirliyi tərəfindən hazırlanmış və "Qiymət etiketlərinə dair qaydalarda dəyişiklik edilməsi haqqında Qayda"nın qüvvəyə minməsi ilə təsdiqlənib.

Yeni tənzimləməyə əsasən, menyuda qeyd olunan qiymətlər yekun hesab sayılır və müəssisələr müştərilərdən bundan əlavə hər hansı məcburi ödəniş tələb etmək hüququna malik deyil.

Qərarın əsas məqsədi qiymətlərin daha şəffaf olmasını təmin etmək və istehlakçı hüquqlarının qorunmasını gücləndirməkdir.

Qaydaları pozan iaşə obyektləri isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью