525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mersində adı açıqlanmayan şəxs restoranların birində insanlara odlu silahdan atəş açıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə 5 nəfər hadisə yerində ölüb.
Onlardan biri atəş açan şəxsin keçmiş həyat yoldaşı olduğu bildirilir. Daha 8 nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Hadisəni törətdikdən sonra restoranı tərk edən kişi daha 2 nəfərin həyatına son qoyub. Onlardan biri yük avtomobilinin sürücüsü, digəri isə çobandır.
Qeyd edək ki, polis və xüsusi təyinatlılar cinayətkarın axtarışlarına başlayıb. Hətta bu məqsədlə helikopterdən də istifadə edildiyi bildirilir.
L.Tağıyeva