Türkiyədə rezonanslı saxlanma

26.09.2025

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu “Can Holdinq”in rəhbər şəxsləri barəsində “cinayət törətmək məqsədi ilə cinayətkar təşkilatı yaratmaq”, “ona rəhbərlik”, “yaradılan təşkilatda iştirak”, həmçinin “cinayət yolu ilə əldə olunmuş gəlirlərin yuyulması” və “külli miqdarda dələduzluq” ittihamları ilə araşdırma aparır.
Türkiyə media imperiyasında kütləvi həbslər Xatırladaq ki,sentyabrın 11-də Küçükçekmece rayon prokurorluğunun başlatdığı istintaq çərçivəsində “Can Holdinq”ə məxsus şirkətlərə həbs qoyulub. Onların siyahısına “Habertürk TV”, “Show TV” və “Bloomberg HT” televiziya kanalları, həmçinin “Doğa Koleji” və “Bilgi Üniversitesi” təhsil müəssisələri daxildir.
“Bu ittihamlarla 10 nəfər haqqında həbs qərarı çıxarılıb. Həbslər İstanbul Jandarma İdarəsinin əməkdaşları tərəfindən şübhəlilərin yaşadıqları ünvanlarda aparılıb”, - daha əvvəl “Anadolu” agentliyi yazmışdı.
“Cumhuriyet” qəzetinin məlumatına görə, şirkətlərin həbs qoyulan aktivləri Türkiyə Əmanət Sığorta Fondunun (TMSF) idarəçiliyinə verilib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью