Türkiyədə rus turistlər qəzaya düşdü VİDEO

22.07.2025

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Türkiyədə rusiyalı turistlərin olduğu avtobus qəzaya uğrayıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

“Təxminən bir saat əvvəl Türkiyənin Serik şəhərində ekskursiyaya yollanan və içərisində 33 nəfər rusiyalı turistin olduğu avtobus körpünün üzərinə çıxarkən sürüşməyə başlayıb. Sürücü avtobusun aşmasının qarşısını almaq üçün onu qarşı zolaqları ayıran yol maneələrinə çırpıb”, – deyə xəbərdə bildirilir.

Hadisə nəticəsində avtobus zədələnib. Sürücü və sərnişinlər xəsarət almayıb.

Lalə,

BakuPost



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью