Türkiyədə Rusiyanın Rutube videohostinqi bloklandı

29.03.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Türkiyədə Rusiyaya məxsus "Rutube" videohostinqi bloklanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (BTK) məlumat yayıb.

Bildirilir ki, qərar ölkədə qadağan edilmiş qumar oyunlarının platformada reklam olunması ilə bağlıdır.

"Rutube.ru saytına giriş BTK-nın 25 fevral 2025-ci il tarixli qərarı ilə bloklanıb", - deyə məlumatda qeyd edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью