Türkiyədə saxta dollar qalmaqalı 1 milyard dolları keçə bilər | Icma.az
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyəyə xaricdən gətirilən saxta dollarların ümumi həcmi 1 milyard dolları keçə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.
Ekspertlərin fikrincə, saxta dollarların əsas hissəsi Türkiyəyə Suriya, İran və Balkan ölkələrindən gətirilib.
İlkin olaraq bazara çıxarılan saxta dollarların 600 milyon dollara çata biləcəyi təxmin edilsə də, mənbələr bu məbləğin 1 milyard dolları keçə biləcəyini bildirirlər.
Həmçinin, bu əskinasların böyük bir hissəsinin nominal dəyərinin 50 dollar olduğu və buna görə də, valyutadəyişmə məntəqələri və bankların bu əskinaslarla, eləcə də köhnə 100 dollarlıq əskinaslarla əməliyyatlarını müvəqqəti dayandırdığı qeyd edilir.
Məlumata görə, saxta valyuta ilə ilk əməliyyat Suriya ilə həmsərhəd Qaziantep şəhərində həyata keçirilib.
Bundan başqa, Antalya, İzmir və İstanbulda da saxta dollarlar aşkarlanıb.
Tam oxu
Xəbəri oxu