Türkiyədə saxta içkilərdən ölənlərin sayı 109 a yüksəldi

14.05.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Ankarada son üç ayda saxta spirtli içkilərin istifadəsi nəticəsində həyatını itirənlərin sayı 109-a çatıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu tərəfindən saxta spirtli içki istehsalı və satışı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 564-ə yüksəlib. Onlardan 44 nəfər istintaq altında saxlanılır.

Hazırda bu işlərlə bağlı istintaq fayllarının sayı 169-a çatıb. Prokurorluq, hər bir şübhəli üçün ayrıca ittihamnamələrin hazırlanacağını bildirib.

Qeyd edək ki, 29 nəfərin reanimasiyada müalicəsi davam edir.

Gülşad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью