Türkiyədə Şəfa Tanrısı nın qədim heykəli tapıldı

06.08.2026

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Türkiyənin Antalya vilayətində yerləşən Aspendos antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı sağlamlıq tanrısı Asklepios və oğlu Telesforu birlikdə təsvir edən, hündürlüyü 2,20 metr olan mərmər heykəl qrupu tapılıb.

Kulis.az xəbər verir ki, Türkiyədə həyata keçirilən “Gələcəyə Miras” layihəsi çərçivəsində üzə çıxarılan və Roma imperatorluğu dövrünə aid edilən heykəl qrupu Teatr küçəsində, Şərq meydanındakı Monumental Qapının şimal qanadının qalıqları arasında tapılıb. Eramızın II əsrinin son rübünə aid edilən əsər bədii xüsusiyyətləri və ikonoqrafik quruluşu ilə diqqət çəkir.

Arxeoloqların fikrincə, Asklepios müalicə və sağlamlığın qorunmasını, Telesfor isə sağalma və reabilitasiya mərhələsini simvolizə edir.

Qeyd edək ki, hər iki fiqurun eyni kompozisiyada təsvir olunması antik dövrdə şəfa anlayışının bütöv şəkildə ifadə edildiyini göstərir.

Filmi təkrar izləmək üçün zalı tərk etməyən şəxsi polis çıxardı Alov rəngli qərənfillər... - Günün şeiri Oskar mükafatlı müğənni vəfat etdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью