TÜRKİYƏDƏ SƏFƏRDƏDİR: Pakistanın Baş naziri Şahbaz Şərif

04.07.2026

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir.

AZEXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazir Şahbaz Şəriflə iqamətgahında təkbətək görüş keçirib.

Mətbuata qapalı keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, Prezidentin təhlükəsizlik və xarici siyasət məsələləri baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

Vurğulanıb ki, liderlər təkbətək dialoqdan sonra heyətlərarası görüş keçiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью