Türkiyədə sel suları bəzi əraziləri basdı FOTO

30.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Ərzincan vilayətində güclü yağış problemlərə səbəb olub.
Bizim.Media “TRTHaber”ə istinadla xəbər verir ki, yağışdan sonra yaranan sel suları bəzi əraziləri basıb, suvarma kanalları daş və palçıqla dolub.
Ərazidə ağır texnika ilə təmizləmə işlərinə başlanılıb.
Bundan başqa, güclü yağışdan sonra Sakaltutan aşırımında torpaq sürüşməsi baş verib. Nəticədə Ərzincan-Sivas avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.
Yolun açılması üçün müvafiq tədbirlərin görüldüyü bildirilib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью