Türkiyədə sel təhlükəsi: vətəndaşlara xəbərdarlıq edildi

28.03.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Türkiyənin İzmir, Manisa, Denizli kimi bir çox vilayəti üçün qəfil sel, su basqınları və dolu ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) açıqlama yayıb.

“Vətəndaşlarımızın qəfil sel, su basqını, lokal dolu yağışı, güclü külək və fırtına kimi hallara qarşı diqqətli və ehtiyatlı olmasını xahiş olunur”, - açıqlamada qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью