Türkiyədə sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb

03.10.2025

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına görə, 2025-ci ilin sentyabr ayında ölkədə aylıq inflyasiya 3,23% olub.

Marja xəbər verir ki, Bloomberg-in sorğusuna görə, aylıq gözlənti 2,50% səviyyəsində idi.

İllik inflyasiya isə 33,29% olaraq qeydə alınıb. İllik inflyasiya üçün proqnoz isə 32,50% idi.

Sentyabr ayında aylıq ən yüksək qiymət artımı +17,90% olmaqla təhsil sektorunda qeydə alınıb. Onun ardınca + 4,62% artımla qida və spirtsiz içkilər sektoru qərarlaşıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью