Türkiyədə sərnişin avtobusu aşdı 1 ölü, 26 yaralı Foto

06.06.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün səhər saatlarında Türkiyənin Konya vilayətində sərnişin avtobusu ağır qəza törədib.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, Adana-Konya yolunun Ereğli qəsəbəsindən keçən hissəsində iritutumlu markalı avtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 26 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Yaralılardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью