Türkiyədə sərnişin avtobusu aşdı: Yaralılar var

03.03.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çanaqqalanın Gelibolu rayonunda Yunanıstan ilə İzmir arasında hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.

News24.az xəbər verir ki, avtobus hərəkətdə olarkən sürücü idarəetməni itirdiyindən avtobus yoldan çıxıb.

Hadisə yerinə sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edilib. İlkin məlumata görə, avtobusda olan 11 nəfər xəsarət alıb.

Yaralılar təcili yardımla ətraf xəstəxanalara çatdırılıb.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью