Türkiyədə sərnişin avtobusu aşıb: ölən və yaralananlar var

02.06.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Türkiyənin Yozgat bölgəsinin Akdağmadeni rayonunda Ankaradan Sivasa gedən sərnişin avtobusu geri dönərkən yağış səbəbindən sürüşkən olan yolda kontroldan çıxaraq aşıb.

Xalqcəbhəsi.az “A haber”ə istinadla qeyd edir ki, aşan avtobusda ilkin məlumata görə, 3 nəfər həyatını itirib, 19 nəfər yaralanıb. Qəzadan sonra hadisə yerinə çox sayda sağlamlıq və xilasetmə qrupları göndərilib.

Qrupların ərazidə işləri davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью