Türkiyədə sərnişin avtobusu dağa çırpılıb: 4 nəfər ölüb, 33 nəfər yaralanıb

20.07.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Sivas bölgəsində sərnişin avtobusu qəzaya düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə İmranlı rayonunda baş verib.

Bildirilib ki, sərnişin avtobusu Sivas-Ərzincan yolunun Kuzköy yaxınlığında dağ yamacına çırpılıb: "Nəticədə 4 nəfər hadisə yerində ölüb, 33 nəfər isə xəsarət alıb. Yaralılar təcili yardım və helikopterlə şəhər xəstəxanalarına çatdırılıblar".

Firudin Səfərli
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью