Türkiyədə sərnişin avtobusu yanıb FOTO

13.01.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə sərnişin avtobusu yanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Adana-Pozantı avtomobil yolunun Akçatekir məhəlləsində baş verib.

Məlumata görə, Adanadan Yalovaya gedən Yılmaz Ünerin idarə etdiyi avtobus qəfildən mühərrik hissəsindən alışıb: "Avtobus sürücüsü dərhal maşını qəza zolağına çəkib və sərnişinlərin təxliyyəsini təmin edib. Məhz bu səbəbdən ölən və yaralanan olmayıb. Yanan avtobus isə yararsız hala düşüb"

Firudin Səfərli
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью