Türkiyədə silah sursat anbarında partlayış olub, ölənlər var

23.06.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə silah-sursat anbarı və utilizasiyası müəssisəsində partlayış baş verib.

APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Kırıkkaledə qeydə alınıb.

Partlayış nəticəsində 2 nəfər ölüb.

Əraziyə çoxsaylı xilasedicilər, jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью