Türkiyədə silahlı hücum baş verdi

17.03.2025

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Türkiyədə motosikletdən açılan atəş nəticəsində 1 nəfər ağır yaralanıb, 5 nəfər isə həbs edilib.

AZXEBER.COM xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ bölgəsində baş verib.

Avtomobildə gözləyən D.B. adlı şəxs motosikletlə yaxınlaşan şəxs tərəfindən vurulub. 

Atışma nəticəsində D.B. yaralanıb.

Xəbər üzərinə hadisə yerinə gələn  təcili yardım qruplarının müdaxiləsindən sonra yaralı D.B. təcili yardımla xəstəxanaya aparılıb. Ağır yaralanan D.B.-nin vəziyyətinin ağır olduğu öyrənilib.

Qaçan şübhəli A.E. nəzarətə götürülüb.

Oksana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью