Türkiyədə silahlı hücum, maşında 5 meyit tapıldı

05.11.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Afyonkarahisar vilayətində iki fərqli ərazidə silahla öldürülmüş 5 nəfərin meyiti aşkarlanıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat daxil olduqdan sonra əraziyə jandarm əməkdaşları göndərilib.

Ayazini kəndi ərazisində 3, Kıyır kəndi yaxınlığında isə 2 nəfərin meyiti tapılıb. 

Xəbərə görə 5 nəfərin iki avtomobildə güllələnərək öldürüldüyü müəyyən edilib. Şübhəlinin hadisə yerindən qaçdığı bildirilir. 

Hadisənin baş verdiyi kəndlərə gedən yollar bağlanıb. Polis şübhəli şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью